KARAKOYUNLU
 

Menü

Anket

Türkiye,Ermenistan ile sınır olan Alican Sınır kapısını açsınmı açmasınmı
Hiç Bir Durumda Açılmasın. (%73,2)
Açılsın (%14,9)
Şartlarımız kabul edildikten sonra açılsın (%11,7)

Toplam Oy: 587

Tüm Anketler

Takvim

« Mart - 2024

»

PT SL ÇŞ CM CT PZ
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

İstatistikler

 Toplam Hit: 7252560
 Sitede Aktif: 2
 Ip: 172.70.174.177
 Browser: Default - 0.0
 Toplam Kategori: 19
 Toplam Blog: 275
 Toplam Yorum: 121
 Toplam Resim: 0
 Toplam Mesaj: 122

Etiket Bulutu

CANKAT

 

    Tavsiye Et İndir (.doc) Okunma: 2609
Azerbaycanlı ünlü Şaiir Bahtiyar Vahabzade Vefat Etti


15 02 2009

Türk Dünyası'nın yaşayan en büyük şairlerinden, Türklük sevdalısı Bahtiyar Vahapzade'yi kaybettik. 84 yaşında Hak'ka yürüyen Vahapzade'nin 14 Şubat'ta defnedildi.

Fevralın 14-də ölkə ictimaiyyəti müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, görkəmli şair, dramaturq və ədəbiyyatşünası, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, əməkdar incəsənət xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor, xalq şairi Bəxtiyar Vahabzadəni son mənzilə yola salıb.

AzərTAc xəbər verir ki, mərhumun cənazəsi Bakı Dövlət Universitetinin akt salonunun matəmsayağı bəzədilmiş səhnəsində postament üzərinə qoyulub. Postamentin ətrafına Azərbaycan prezidenti İlham Əliyevin adından, habelə dövlət və hökumət təşkilatları, Yazıçılar Birliyi, müxtəlif kollektivlər adından əklillər və mərhumun orden və medalları düzülüb.

Salonda həzin matəm musiqisi, şairin sözlərinə yazılmış mahnılar, özünün oxuduğu şeirlər səslənib, B.Vahabzadənin ədəbi-ictimai fəaliyyətini əks etdirən videokadrlar nümayiş etdirilib.

Vidalaşma mərasimində iştirak edən prezident İ.Əliyev B.Vahabzadənin ailə üzvlərinə, qohum-əqrəbasına başsağlığı verib.

Matəm mitinqini açan təhsil naziri Misir Mərdanov şairin həyat və yaradıcılığından danışıb.

Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev, Bakı Dövlət Universitetinin rektoru, professor Abel Məhərrəmov, deputat Nizami Cəfərov və xalq şairi Zəlimxan Yaqub mərasimdə nitq söyləyiblər.

Sonra B.Vahabzadənin cənazəsi universitetin binasından qaldırılaraq Fəxri xiyabana gətirilib. Burda mərhumun ruhuna dua oxunub və görkəmli söz ustasının cənazəsi torpağa tapşırılıb.

Allah rəhmət eləsin, qəbri nurla dolsun!

Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci ildə Şəki şəhərində anadan olub.

1934-cü ildə ailəsi ilə bərabər Bakıya köçüb. 1942-ci ildə orta məktəbi bitirib, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinibitirib. 1951-ci ildə namizədlik, 1964-cü ildə isə doktorluq dissertasiyası müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsi alıb.

Bədii yaradıcılığa İkinci Dünya müharibəsi illərində başlayıb, 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunub. 1940-cı ildən indiki Bakı Dövlət Universitetində dərs deyib, 1990-cı ildə təqaüdə çıxıb. 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib.

70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisistik kitabın və yüzlərlə məqalənin müəllifidir.

1974-cü ildə əməkdar incəsənət xadimi adına, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRİ dövlət mükafatlarına layiq görülüb. 1985-ci ildə Azərbaycan xalq şairi fəxri adını alıb. 1995-ci ildə «İstiqlal» ordeni ilə təltif edilib.

Dörd dəfə Azərbaycan Ali Sovetinə (1980-1995), bir dəfə Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilib (1995-2000).

Allah rəhmət eləsin!

VAHAPZADE'DEN AZERBAYCAN-TÜRKİYE

AZƏRBAYCAN-TÜRKİYƏ

(Cavanşir Quliyev musiqi bəstələmişdir)

Bir ananın iki oğlu,

Bir amalın iki qolu.

O da ulu, bu da ulu

Azərbaycan-Türkiyə

Dinimiz bir, dilimiz bir,

Ayımız bir, ilimiz bir,

Eşqimiz bir, yolumuz bir

Azərbaycan-Türkiyə

Bir millətik, iki dövlət

Eyni arzu, eyni niyyət.

Hər ikisi cümhuriyyət

Azərbaycan-Türkiyə .

Birdir bizim hər halımız

Sevincimiz-məlalımız.

Bayraqlarda hilalımız

Azərbaycan-Türkiyə

Ana yurdda-yuva qurdum,

Ata yurda könül verdim.

Ana yurdum, ata yurdum

Azərbaycan-Türkiyə

20 м а р т ,1996.

Bahtiyar Vahapzade

 

Elveda 
 
Diyorum;  
Sefası bitti ömrümün,  
Şimdi dağa çıkarım, düze elveda.  
Düze duman çöker, düze kar yağar,  
Bahara elveda, yaza elveda...  
 
Bahtiyar;  
Derinde sızlayıp yaran,  
Kalbini dağlayıp üzer herzaman.  
Göze hüzün çöker, göze yaş dolar,  
Sevince elveda, düşe elveda...  
 
Şimdi özkökünden süzülen benim,  
Özge budaklara dizilen benim,  
Şimdi ne sen sensin ne de ben benim,  
Biz ki biz değiliz bize elveda.  
 
Bahtiyar Vahabzade 
 
 
 
 
Akıl Başka Yürek Başka 
 
Birbirine benzese de  
Yel başkadır, külek* başka  
Itrı da hoş, rengi de hoş  
Gül başkadır, çiçek başka.  
 
Her diki yokuş bilme gel  
Her meyi meyhoş bilme gel  
Her uçanı kuş bilme gel  
Kuş başkadır, böcek başka.  
 
Her derdine ortak benim  
Her ağrını ten bölenim*  
Sen çekensin, Ben gelenim  
Gemi başka, yedek başka.  
 
Hakkın yolu öz yolumdur  
Eğilmeyen düz yolumdur,  
Hayırla şer sağ solumdur  
Şeytan başka, melek başka.  
 
Bir dileğe ben calandım*  
Kah kazandım, kah talandım.  
Ömrüm boyu haçalandım*  
Akıl başka, yürek başka.  
 
Dilek oldu benim adım  
Pervazlandı kol kanadım  
Yetmedi sabrım, inadım  
Amel başka, dilek başka.  
 
Bahtiyar Vahabzade

  # Yorum Yaz #

İsim :

Yorum :
(Max. 400 Karakter)

 
» Benzer 5 Konu
 Konu Başlığı Tarih Okunma
 Dünya Azerbaycanlılar III.Kurultayı Muhteşem geçdi 7/9/2011 2480

 
Cankat.Net